Ordumuzun mayoru vəfat etdi

17-11-2022, 17:57

Noyabrın 17-də səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Elşad Şirağa oğlu Paşayevin yaşadığı ünvanda hemorragik insult səbəbindən vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!


İstifadəçi paneli