"Fransa Senatının qətnaməsini hətta simvolik də hesab etmək olmaz..."-MDBMİ professoru

18-11-2022, 15:24

"Fransada hazırda hökumət və prezident çox çətin vəziyyətdədir, çünki onlar Milli Assambleyada, eləcə də Senatda çoxluğa malik deyillər".
 


Bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunun beynəlxalq münasibətlər və Rusiyanın xarici siyasəti kafedrasının professoru, tarix elmləri doktoru Yevgeniya Obiçkina söyləyib.
 
"Əliyev Avropa İttifaqıyla münasibətlərini balanslaşdırılmış şəkildə qura bilib. Onun sözlərinə görə, Əliyevin Aİ və Fransa ilə əlaqələrin qurulmasında bu qədər uğurlu olmasının əsas səbəbi onun Azərbaycanın enerji resurslarına olan marağıdır.
 
"Heç kim Rusiyanın enerji daşıyıcılarının embarqosuna və Azərbaycandan gələn enerji daşıyıcılarına embarqo əlavə etmək istəmir. Baxmayaraq ki, Fransanın özü Rusiyadan gələn enerji daşıyıcılarından Mərkəzi və Şərqi Avropa ölkələrindən daha az asılı idi. Fransa enerji problemlərini həll edir, amma Almaniyanın köməyi  və İspaniyanın logistika yardımı olmadan yox .Amma ümumilikdə Aİ-nin enerji siyasəti Rusiyaya alternativ tədarükçülərə çox diqqətli münasibət tələb edir. Bundan başqa, Azərbaycan yalnız enerjini özü təmin etmir, həm də Mərkəzi Asiyadan enerji tədarükü üçün bir sıra layihələr üçün mühüm tranzit ərazidir.”, - Obiçkina izah edib.
 
Onun sözlərinə görə, Azərbaycanın enerji siyasətində strateji əhəmiyyəti bu dövlətə qarşı embarqo və digər tədbirlərin tətbiqinə mane ola bilər. “Bu amildən ötrü Fransa Azərbaycana qarşı Ermənistanın xeyrinə hər hansı sərt hərəkətlərdən çəkinəcək, eyni zamanda mümkün toqquşmaların qarşısının alınması və münaqişənin sülh yolu ilə həllinə çalışacaq”, - deyə Obiçkina bildirib.
 
Professorun sözlərinə görə, Fransa Senatının qətnaməsini hətta simvolik də hesab etmək olmaz. "Çünki simvolik çağırışlar gec-tez siyasi iradə və əlverişli şəraitdə konkret hərəkətlərə çevrilə bilər. Lakin Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının mümkünlüyü indiki dövrdə çox ciddi şübhələr yaradır", - deyə Obiçkina yekunlaşdırıb.


İstifadəçi paneli