Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təkan yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) qeydə alınıb. Nəticədə 35 nəfər yaralanıb.
Zəlzələnin episentri Düzce rayonunda, ocağı isə 6,8 km dərinlikdə yerləşib. Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərbində hiss olunub.
***
Düzce rayonunda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 46-ya yüksəlib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
***
Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
***
Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb.
Həmin şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib.