Ukayna və İran ən qalmaqallı məsələ barəsində görüş keçirib... - Kiyev bəzi detalları açıqladı

23-11-2022, 16:17

"İran və Ukrayna ekspertləri arasında müdafiə sahəsində birgə dialoqda xeyli addımlar atılıb və bu dialoq davam etdiriləcək..."
 


"Rusiyanın Ukraynaya qarşı İran silahından istifadə edilməsinə yol verməmək üçün ən qətiyyətli tədbirləri görəcəyik..."
 
İran və Ukrayna nümayəndələri Rusiyanın İran istehsalı olan zərbə pilotsuz uçuş aparatlarından istifadə edilməsi barədə danışıqlar aparıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirliyinin spikeri Oleq Nikolenkoya istinadən CNN telekanalı məlumat yayıb.
 
Jurnalistlərin məlumatına görə, bu görüş barəsində İranın BMT-dəki nümayəndəliyinin mətbuat katibi xahiş edib. O, deyib ki, "hal-hazırda İran və Ukrayna ekspertləri arasında müdafiə sahəsində birgə dialoqda xeyli addımlar atılıb və bu məsələ ilə bağlı istənilən anlaşılmazlığın aradan qaldırılması üçün dialoq davam etdiriləcək".
 
Oleq Nikolenko İran və Ukrayna ekspertlərinin görüşməsi faktını təsdiq edib.
 
"Belə ekspert görüşü baş tutub. Təfsilatları barədə açıqlama verməyəcəyəm, lakin sizi əmin edə bilərəm ki, Ukrayna tərəfi Rusiyanın Ukraynaya qarşı İran silahından istifadə edilməsinə yol verməmək üçün ən qətiyyətli tədbirləri görəcək", - Ukrayna XİN mətbuat katibi əmin edib.
 
Onun sözlərinə görə, Ukrayna görüşdə İranı məlumatlandırıb ki, Rusiyanın təcavüzündə iştirakının nəticələri "Rusiya ilə əməkdaşlıqdan olan potensial faydalarla müqayisəgəlməz olacaq".
 
İran daima Rusiyaya Ukraynaya qarşı istifadə edilməsi üçün silah tədarükündə bütün ittihamları təkzib edir. Oktyabrın sonunda İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan bəyan edib ki, Tehran hərbi ekspertlər qrupunu Ukraynaya göndərməyə və İranın kamikadze-dronlarının bu ölkədə mövcudluğu ilə bağlı vəziyyəti araşdırmağa hazırdır.
 
İran hakimiyyəti iddia edir ki, Rusiyaya silah Ukraynaya qarşı tammiqyaslı müharibədən öncə göndərilib. Lakin vurulan İran dronlarında mütəxəssislər bu ilin fevral ayında istehsal edilən detalları aşkar edib. Aparatların yığılması və Rusiyaya çatdırılması üçün lazım olan zamanı nəzərə alaraq, demək olar ki,onlar artıq 24 fevraldan sonra tədarük edilib.
 
Noyabrın 8-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrana gələrək, ehtimal ki, Rusiyaya ballistik raketlərin tədarükü barədə razılığa gəlmək və açıq şəkildə Moskva və Tehran arasında "dərinləşən tərəfdaşlığı" nümayiş etdirmək istəyib.
 
Sonradan bəlli olub ki, Patruşev ballistik raketlərin tədarükü barəsində razılığa gələ bilməyib.
 
İsrail Milli Təhlükəsizlik Şurasının sədri Eyal Xulata Bəhreyndəki forumda bəyan edib ki, əgər İran Rusiyaya ballistik raketlər tədarük etməyə başlayarsa, Ukrayna ordusu həmçinin yüksək dəqiqli ballistik raketlər ala biləcək. O, İsrail istehsalı olan hansı raketlərdən söhbət getdiyni göstərməyib. Lakin analitiklər və ekspertlərin əksəriyyəti bu xəbərdarlığın məhz bu növ silaha aid olduğunu  güman edib.


İstifadəçi paneli