Kiyevin NATO-ya üzvlüyünün sürətləndirilməsi... - Bəyanat

26-11-2022, 16:26

Ukraynanın Baş naziri Denis Şmıqal, Polşanın hökumət başçısı Mateuş Moravetski və Litvanın Baş naziri İnqrida Smonyte rəsmi Kiyevin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı üçtərəfli bəyanat imzalayıblar.
Bu barədə D.Şmıqal Teleqramda yazıb.
Sənəd noyabrın 26-da Kiyevdə “Lüblin üçbucağı” formatındakı görüş çərçivəsində imzalanıb.
Bəyanatın məqsədi Ukraynaya yardımın gücləndirilməsi, həmçinin bu ölkənin NATO-ya və Avropa Birliyinə (AB) üzvlüyünün sürətləndirilməsidir.
Bəyanatda Ukraynaya hərbi, maliyyə və humanitar yardımın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb


İstifadəçi paneli