Xameneinin nümayəndəsi təbrizli iş adamlarına səsləndi

26-11-2022, 16:47

Təbrizin cümə imamı Seyid Məhəmmədəli Əli Haşim təbrizli iş adamlarından etiraz aksiyalarına qoşulmamağı istəyib.
İran rəhbəri Əli Xameneinin Şərqi Azərbaycan əyalətindaki nümayəndəsi olan imam Təbriz bazarının tətil aksiyasına qoşulmasının 1979-cu il inqilabının qələbəsində əhəmiyyətli rol oynadığını deyib.
İmam bazarın bu dəfə tətil aksiyaları barədə çağırışlara əhəmiyyət vermədiklərini iddia edib.


İstifadəçi paneli