Ermənistanın şimal yolu yenə bağlandı

5-12-2022, 11:09

Yuxarı Lars keçid məntəqəsi ilə Gürcüstandan Rusiyaya gedən yol buz və qar səbəbindən yük maşınları üçün bağlanıb.
Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.
“Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb. Qudauri-Kobi və Mleta-Qudauri hissəsində yol digər avtomobillərin hərəkəti üçün açıqdır”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, bu, Ermənistandan Rusiyaya gedən yeganə yoldur.


İstifadəçi paneli