Oxşar xəbərlər
Növbəti dörd ildə dünya mayeləşdirilmiş təbii qaz çatışmazlığı ilə üzləşəcək.
Bunu “Exxon Mobil” korporasiyasının direktoru Daren Vuds deyib.
“Balans elədir ki, dünyada (mayeləşdirilmiş təbii qaz), yəqin ki, 2026-cı ilə qədər olmayacaq. Bu çox böyük kapital tutumlu layihələri yerdən çıxarmaq üçün sadəcə vaxt lazımdır”, - o bildirib.
O, Rusiyanın Avropaya tədarükünü azaltdığı üçün təbii qaz bazarlarının 2023-cü ilə qədər gərgin qalacağı barədə xəbərdarlıq edib:
“Avropanın mayeləşdirilmiş təbii qaza tələbatı tədarük üçün qlobal rəqabətə səbəb olub”.