289-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

9-12-2022, 18:29

Rusiya müharibənin 289-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 341 təyyarəsi, 181 helikopteri, 2643 PUA-sı, 392 zenit-raket kompleksi, 7043 tank və digər zirehli texnikası, 924 reaktiv yaylım atəş sistemi, 3668 artilleriya və minaatanı, 7522 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.


İstifadəçi paneli