Oxşar xəbərlər
BMT Təhlükəsizlik Şurasına Rusiyanın üzvlüyünün hazırda dayandırılması mümkün deyil. Bu, təşkilatın təhlükəsizlik konsepsiyasının dalana dirənməsinə səbəb ola bilər.
Bunu Avropa Şurasının Prezidenti Şarl Mişel deyib.
“Düşünürəm ki, üzvlüyün dayandırılması barədə mexanizm yaradılmalıdır. Ancaq mən Rusiyanın tamamilə xaric edilməsini yox, azı Təhlükəsizlik Şurasındakı üzvlüyünün dayandırılmasını nəzərdə tuturam. Hazırda isə bu mümkün deyil. Ona görə ki, bu, BMT-nin təhlükəsizlik anlayışını çıxılmaz vəziyyətə sala bilər”, - o bildirib.