Rusiya bu şəhəri vurdu: ölənlərin sayı artdı

24-12-2022, 16:42

Rusiya ordusu Xerson şəhərinə zərbələr endirib.
Bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Bildirilib ki, terror hücumu nəticəsində 5 mülki şəxs ölüb, 35 nəfər yaralanıb. Yaralılardan 16 nəfəri ağır vəziyyətdədir.
***
Xersonun atəşə tutulması nəticəsində yaralananların sayı 58 nəfərə yüksəlib.
Bu barədə prezident aparatının rəhbərinin müavini Kirilla Timoşenko məlumat verib.
“Hazırda 58 yaralı barədə məlumat var, onlardan 18-nin vəziyyəti ağırdır. 7 nəfər isə ölüb”, - o, sosial şəbəkələrdə yazıb.


İstifadəçi paneli