Şəmkirdə bıçaqlanma: 16 yaşlı yeniyetmə saxlanıldı

28-12-2022, 10:41

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ü.Bayramovu bıçaqlamaqda şübhəli bilinən rayon sakini 2006-cı il təvəllüdlü Sənan Kərimov saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
“Faktla bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparılır”, - o vurğulayıb.
Qeyd edək ki, hadisə rayonun Əliyaqublu qeydə alınıb. 2005-ci il təvəllüdlü Ümid Bayramov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməmliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.


İstifadəçi paneli