Oxşar xəbərlər
Ukrayna raketinin Belarusa düşməsi ilə bağlı Kiyevin qəsdən təxribat törətməsi versiyası istisna edilmir.
Bunu Belarus Silahlı Qüvvələrinin zenit-raket qoşunlarının rəhbəri Kirill Kazantsev deyib.
“Bu hadisə ilə bağlı suallar qalır. Biz iki versiyanı nəzərdən keçiririk: ekipajın aşağı hazırlığı və raketin nasazlığı səbəbindən idarə olunan raketin buraxılması və ya Ukrayna silahlı qüvvələrinin qəsdən təxribatı”, - o bildirib.
Qeyd edək ki, ötən gün Ukraynanın S-300 raketi Belarus ərazisinə düşüb.