Rusiya yeni hücuma hazırlaşır - Ukrayna

3-01-2023, 15:57

Rusiya Ukraynaya qarşı müharibəni dayandırmağı planlaşdırmır, əksinə müxtəlif istiqamətlərdə hücum əməliyyatlarını davam etdirəcək.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Ukrayna hərbi kəşfiyyatının hesablamalarına görə, ruslar gələcəkdə də hücum əməliyyatları keçirməyə çalışacaqlar. Onlar heç bir istiqamətdə məqsədlərinə nail ola bilməyiblər. Başa düşürlər ki, uduzurlar, amma müharibəni bitirməyi planlaşdırmırlar. Rusların eyni vaxtda şimaldan və ya şərqdən hücum ehtimalını araşdırırıq”, - məlumatda deyilib.


İstifadəçi paneli