Kadırovun yaxın adamının oğlu Ukraynada öldürüldü

7-01-2023, 16:31

Çeçenistan rəhbəri Ramzan Kadırovun Xantı-Mansiysk Muxtar Bölgəsindəki nümayəndəsinin oğlu Cambulat Zaurayev Ukraynada öldürülüb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, 34 yaşlı Zaurayev Zaporojye vilayətində gedən döyüşlər zamanı məhv edilib. Zaurayev yanvarın 3-də Çeçenistanda dəfn olunub.
Cambulatın atası Abubakar Zaurayev oğlunun öldürüldüyünü təsdiqləyib.


İstifadəçi paneli