Tənəzzül bitdi: Avrozona artıma qayıtdı

24-01-2023, 17:09

Avrozonada aktivlik iyun ayından bəri ilk dəfə gözlənilmədən artıma qayıdıb.
Bu barədə “Faynenşl Tayms” məlumat yayıb.
“Avrozona iqtisadiyyatının ilin əvvəlində sabitliyi regionun tənəzzüldən qaça biləcəyini təsdiqləyir”, - “S&P Global Market İntelligence”in baş biznes iqtisadçısı Kris Uilyamson deyib.
Onun sözlərinə görə, dövlət yardımları sayəsində qiymətlərin aşağı düşməsilə enerji ilə bağlı narahatlıqlar da azalıb:
“Təchizat zənciri gərginliyi də azaldı. Eyni zamanda Çin iqtisadiyyatının yenidən açılması 2023-cü ildə qlobal iqtisadiyyatın daha geniş perspektivinə inamı bərpa etməyə kömək etdi”.


İstifadəçi paneli