İsrail söz verib, bu silahları göndərəcək - Reznikov

6-02-2023, 10:04

İsrail Ukraynaya raket və pilotsuz uçuş aparatlarının hücumları barədə xəbərdarlıq texnologiyaları təqdim edəcəyinə söz verib. Çatdırılma tarixləri müəyyən edilməyib.
Bunu Ukraynanın müdafiə naziri Aleksiy Reznikov deyib.
"Doğrudur. Onlar (İsrail - red.) bizə bunu vəd ediblər", - Reznikov bildirib.
Ukraynanın müdafiə naziri bu cür texnologiyaların ötürülməsi vaxtı ilə bağlı cavab verməkdə çətinlik çəkib.


İstifadəçi paneli