Türkiyəyə hər cür yardım etməyə hazırıq - ABŞ

6-02-2023, 10:24

ABŞ bu gün Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələdən narahatdır. Biz istənilən yardımı göstərməyə hazırıq.
Bu barədə Ağ Evin bəyanatında deyilib.
"Prezident Bayden yardımla bağlı USAİD və digər federal hökumət tərəfdaşlarına təlimat verib. Biz Türkiyə ilə koordinasiyalı şəkildə vəziyyəti yaxından izləməyə davam edəcəyik", - bəyanatda qeyd edilib.


İstifadəçi paneli