Nədən Belarus öz ərazisində nüvə raketləri yerləşdirir?

28-03-2023, 14:42

"NATO-nun Belarusun təhlükəsizliyini təhdid edən aqressiv hərəkərləri adekvat tədbirlər görməyi zəruri edir..."
 
"Belarus ərazisində Rusiyanın taktiki nüvə silahının yerləşdirilməsi beynəlxalq sazişlərə zidd deyil..."
 
Belarus Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO-nun hərəkətləri ucbatından Belarus öz ərazisində nüvə raketləri yerləşdirməyə məcburdur.
 
Asmedia.az  xəbər verir ki, bu barədə Rusiyanın SİTA agentliyinə istinadən "Reuters" agentliyi məlumat yayıb.
 
Belarus XİN bəyan edib ki, bu ölkə öz ərazisində Rusiyanın nüvə silahını NATO-nun Belarusun təhlükəsizliyini təhdid edən aqressiv hərəkətlərinə görə yerləşdirməyə məcburdur.
 
Minsk həmçinin bəyan edib ki, Vladimir Putinin Belarusda Rusiyanın taktiki nüvə silahının yerləşdirməsi üzrə planları nüvə silahının yayılmaması haqqında beynəlxalq sazişlərə zidd olmayacaq, çünki Belarus bu silaha nəzarət etməyəcək.
 
SİTA nazirliyin bəyanatından iqtibas gətirir: "Belarus və Rusiyanın hərbi əməkdaşlığı beynəlxalq hüquqa ciddi surətdə uyğun olaraq həyata keçirilir.
 
Spesifik döyüş sursatları ilə təchiz olunan təyyarələrdə uça bilən Belarus təyyarəçilərinin hazırlanması, belə təyyarələrin modernləşdirilməsi, həmçinin Belarus ərazisində Minskin nəzarət etməyəcəyi nüvə başlıqlarının yerləşdirilməsi, müvafiq texnologiyalara çıxış nüvə silahının yayılmaması haqqında müqavilənin I və Il maddələrinə zidd deyil".
 
Nazirlik bəyan edir ki, bu məsələyə ona görə münasibət bildirməyə məcburdur ki, "siyasət və iqtisadiyyatda məcburi tədbirlər NATO üzvü olan qonşu ölkələrin bilavasitə bizim sərhədlərimizin yaxınlığında hərbi potensialının artırılması ilə müşayiət edilir.
 
Bunları və buradan milli təhlükəsizlik sahəsində irəli gələn qanuni narahatlıqları və riskləri nəzərə alaraq Belarus öz təhlükəsizliyini və müdafiə qabiliyyətini möhkəmləndirmək üçün cavab tədbirləri görməyə məcburdur".
 
Bəyanatda həmçinin qeyd edilir ki, Belarus Qərbin hərəkətlərini "Belarusun geosiyasi kursunun və daxili siyasi quruluşunun dəyişilməsinə yönələn müstəqil dövlətin daxili işlərinə  birbaşa və kobud müdaxilə" kimi qiymətləndirir".


İstifadəçi paneli