Narkozda ölən xəstəyə görə cinayət işi başlandı

17-04-2023, 15:04

Rayon prokurorluğundan Asmedia.az-a verilən məlumata görə, 1990-cı il təvəllüdlü İsmayıllı rayon sakini Murad Süleymanlının yanvarın 14-də Qəbələ Mərkəzi Xəstəxanasında ölməsi faktı ilə bağlı araşdırma aparılıb.

Araşdırma zamanı M.Süleymanlının xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. İstintaq davam edir.



İstifadəçi paneli