Oxşar xəbərlər
Aprelin 21-i saat 09:00-dan 16:00–dək Bakı şəhəri, Heydər Əliyev prospektinin yan yolunda (şəhər istiqamətində ARDNŞ-nin inzibati binasının qarşısında) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Asmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə hərəkətin məhdudlaşdırılması, qeyd edilən ərazidə aparılacaq təmir işləri ilə əlaqədardır.