G7 ölkələri bu məsələdə razılığa gəldi

23-04-2023, 10:55

G7 ölkələri taxıl müqaviləsinin müddətinin uzadılmasının tərəfdarı olublar.

Asmedia.az xəbər verir ki, bu haqda “TASS” məlumat yayıb.

Bu qərar Yaponiyanın Miyazaki şəhərində keçirilən ikigünlük danışıqlarda G7-yə üzv ölkələrin kənd təsərrüfatı nazirləri tərəfindən qəbul edilib.

 “Biz onun uzadılmasına, tam tətbiqinə və genişləndirilməsinə güclü dəstəyimizi bildiririk”, - onlar birgə bəyanatda bildiriblər.

Qeyd edək ki, bundan əlavə, G7 ölkələri də Ukraynaya kənd təsərrüfatı infrastrukturunun bərpasında kömək etməyə və ukraynalı fermerlərə maliyyə dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar.

Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.



İstifadəçi paneli