Oxşar xəbərlər
Pakistanın şimal-qərbində terrorla mübarizə üzrə idarənin silah-sursat anbarında iki partlayış baş verib.
Asmedia.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.
Hadisə nəticəsində 13 nəfər həlak olub, 50-dən çox insan isə yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
İlkin ehtimala görə, anbara terror hücumu olmayıb. Yerli polis partlayışın qısaqapanma nəticəsində baş verdiyini hesab etsə də, digər versiyalar da araşdırılır