“Yolüstü” qrupunun admini qəzada öldü

25-04-2023, 13:03

Feysbukda insanların yol yoldaşı axtardığı “Yolüstü” qrupunun admini 37 yaşlı Cəlal İbrahimov yol qəzasında vəfat edib

C.İbrahimovu avtomobil vurub. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

C.İbrahimov Ağdaş-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olurmuş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


İstifadəçi paneli