Oxşar xəbərlər
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Asmedia.az xəbər verir ki, dünən saat 00:50 radələrində 1975-ci il təvəllüdlü Babək Həsənov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Azərbaycan prospektində hərəkətdə olarkən yolu keçən 1992-ci il təvəllüdlü Ələkbərov Orxan Azər oğlunu vurub. Ağır xəsarət alan 31 yaşlı şəxs Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasında ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.