“AMEA bu yükü çəkə bilmədi...”

28-04-2023, 11:33

“Hələ də respublikada elmi araşdırmaların, qanunların tətbiq səviyyəsi bizi qane etmir”.

Asmedia.az xəbər verir ki,bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib.

Deputat qeyd edib ki, lakin bu, ölkədə yaxşı alimlərimiz yoxdur demək deyil: “Bizim çox güclü alimlərimiz var. Necə olur ki, azərbaycanlı alimlər ABŞ, İngiltərə, Almaniya, Yaponiya, Koreyada böyük mərkəzlərə rəhbərlik edir, elmi araşdırmalar aparır, yeniliklər gətirirlər. Həmin ölkələrə milyonlarla pul qazandırırlar. Demək ki, Azərbaycan xalqında bu potensial var. Siyasətimizə müəyyən dəyişikliklər etməliyik. Vaxtilə elm siyasəti Azərbaycan Milli Elmlər Akademiyasına həvalə olunmuşdu, amma təəssüflər olsun ki, AMEA bu yükü çəkə bilmədi”.

B. Əliyev vurğulayıb ki, elmi təhqiqat institutlarının nailiyyəti dissertasiya deyil. Bu institutlar elmi sifarişləri yerinə yetirməli, yeniliklər gətirməlidir.


İstifadəçi paneli