“Hansısa məmurun günahından dəmiryollarının ərazisində qeyri-qanuni yerləşən sakinlər var”.
Asmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hazırda həmin evlərdə yaşayan sakinlərin köçürülməsi gündəmdə olan məsələlərdəndir:
“Vətəndaşlara müraciət etmək istəyirəm, evləri elə yerdə tikin ki, sonra sökmək lazım gəlməsin. “Şanxay” deyilən yer ki var, uzun illərdir orada vəziyyət qəlizdir. Mümkün olan qədər dəmiryollarının ətrafındakı evləri söküb insanları daha yaxşı yerə göndərdik. Ancaq belə bir şey var ki, getdikcə insanların iştahası artır. Bilirəm orada bir narahat yer var. Hansısa məmurun günahından dəmiryollarının ərazisində qeyri-qanuni yerləşən sakinlər var. Ancaq biz onların qeyri-qanuni olduğuna baxmırıq və məsələnin onların xeyrinə həll olunmasına çalışırıq”.