“Təxribatlar davam etsə, Azərbaycan fərqli üsullara əl atmağa məcbur olacaq” - “Kaspi”nin TƏHLİLİ - FOTO

13-05-2023, 14:40

Brüssel görüşü ərəfəsində sərhəddə yenidən erməni təxribatının şahidi olduq. Həmişəki kimi, təxribatların zamanı sülh danışıqlarının intensivləşməsi ilə eyni vaxta təsadüf edir.

Ekspertlər Brüssel görüşü ərəfəsi yaşananları Ermənistanın əl atdığı ənənəvi üsul kimi dəyərləndirir.

Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı Vaşinqton görüşündən sonra sərhəddə hansısa təxribatların olub-olmayacağı diqqət mərkəzində idi. Bu görüşün ardınca iki ölkə liderlərinin Brüsseldə və ardınca isə Kişineuda görüşəcəyi açıqlandı.

Amma Ermənistan sərhəddə təxribat törətməkdən bu dəfə də geri qalmadı və nəticədə iki hərbçimiz şəhid oldu. Maraqlıdır, sərhəddə təxribata cəhd etməkdə Ermənistanın məqsədi nə idi? Ümumiyyətlə, belə bir vəziyyətdə Brüssel və Kişineu görüşündən hansısa nəticə gözləməyə dəyərmi?

Mövzu ilə bağlı Kaspi qəzetinin məqaləsini təqdim edirik.


İstifadəçi paneli