20 Yanvar və "Şamaxinka"da REYD: hamısı avtovağzala köçürülür

3-06-2023, 17:43

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 20 Yanvar dairəsi və “Şamaxinka” adlanan istiqamətində nəzərat-profilaktik tədbirlər keçirdir.

Bu barədə Asmedia.az-a  Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. Onun sözlərinə görə, tədbirlərin görülməsində əsas məqsəd həmin ərazidə bir sıra vacib nəqliyyat problemlərini həll etməkdir:

“Şimal qapısından şəhərə daxil olan nəqliyyat axınının düzgün idarə olunması və nəqliyyatın fasiləsizliyinə eləcə də təhlükəsizliyinə xələl gətirən halların aradan qaldırılması üçün birlikdə zəruri tədbirlər başlanılıb. Ərazidəki problemləri birlikdə təhlil etdikdən sonra görüləcək işlər həm də sərnişinlərin nəqliyyat ehtiyaclarını düzgün planlaşdırmağa kömək edəcək. Bu tədbirlər davamlı şəkildə keçiriləcək.

Nəticədə qanunsuz sərnişindaşımaların, həmin şəxslərin yolların hərəkət istiqamətini zəbt etməsinin və dayanma-durma qaydalarının pozulmasının qarşısı alınacaq. Bundan əlavə, gündəlik şəhərdaxili marşrutları icra edən ictimai nəqliyyatın infrastrukturuna problem yaradanlara və eləcə də, şəhərlərarası daşımaları qanunsuz həyata keçirənlərə qarşı da tədbirlər nəzərdə tutulub”. 

Polis mayoru bildirib ki, əsas hədəf 20 yanvar dairəsi ətrafından Sumqayıt, Xırdalan şəhərləri, həmçinin müxtəlif qəsəbələrə qeyri-qanuni sərnişin daşınması ilə məşğul olanların "Avtovağzal" metrostansiyası və Avtovağzal nəqliyyat mübadilə mərkəzinə yönəldirilərək ictimai nəqliyyatın tənzimlənməsi eləcə də, yolların buraxılış imkanlarının artırılmasıdır.


İstifadəçi paneli