Polis orqanlarında çalışarkən başqa adlar altinda 7600 (yeddi min altı yüz) manat pulumu ələ keçirmiş Hacıyev Vaqif Bəhlul oğlunun törətmiş olduğu əməllər üzrə 2 ildən artıqdır ki, apardığım mübarizə bumeranq effekti verməkdədir. Dələduzun cinayətlərini araşdırmalı olan orqanlar bu və ya digər üsullarla məni təhdid edir, yazdığım şikayətlərin mənasız olduğunu, dövlətimizə olan inamımı sarsıtmağa yönəlmiş pessimist fikirlər diktə edirlər. Paradoksaldır ölkəmizdə polis dələduzluğuna qarşı mübarizəni hansı orqanlar aparmalıdır?
Bəlkə mən ünvanı səhv salıram ?
Bəlkə bu işlərlə Hüquq Mühafizə orqanları deyil Kənd Təsərrüfatı Nazirliyi yaxud Baytarlıq Komitəsi məşğul olmalıdır ?
Tam varlığımla Sizə inanıram və ümid edirəm ki, dələduz çetenin deşifrə edilməsində öz köməkliyinizi əsirgəməyəcəksiniz. Əvvəlcədən təşəkkür edirəm.