100 dildə PLAGİAT axtarış sistemi hazırlandı
Rusiyada başqalarının materiallarını götürən fırıldaqçıların axtarışı üçün unikal sistem hazırlanıb.
Asmedia.az xəbər verir ki, dünyada elmi işlərdə, ədəbi əsərlərdə və sənədlərdə plagiatı aşkarlaya bilən müxtəlif neyron şəbəkələrin çoxluğuna baxmayaraq, bu sisteminin analoqu yoxdur.
Bu axtarış sisteminin unikallığı ondan ibarətdir ki, o, istənilən kombinasiyada 100 dil arasında mətnlərdə tərcümə edilmiş plagiatı tapmağa imkan verir.
Antiplagiatı inkişaf etdirən şirkətin rəhbəri, fizika-riyaziyyat elmləri namizədi Yuri Çexoviçin sözlərinə görə, neyron şəbəkənin özü heç bir qərar qəbul etmir, başqalarının mətnlərini götürməkdə heç kimi “günahlandırmır”.
"Əslində bu, axtarış sistemidir. Siz dissertasiyanın və ya məqalənin mətnini sistemə yükləyirsiniz və çıxışda o, nəticəni bildirir: əgər siz hansısa başqa mənbədən fraqment tutmusunuzsa, o zaman göstərilir. Müəllif bunu başqasının fraqmentindən istifadə edib, onu sitat kimi göstərib və ya öz yaradıcılığı kimi ötürüb, sistem prinsipcə başa düşə bilməz. Bunu yalnız ekspert edə bilər”,- deyə Çexoviç izah edib
Hər gün neyron şəbəkəsi 500 minə qədər materialı, saniyədə isə orta hesabla onlarla materialı emal edir.
Alim bildirib ki, Antiplagiat başqa insanların mətnləri ilə ciddi iş görən, onları dəyişdirməyə çalışan mürəkkəb fırıldaqçılarla məşğul olur. Ən “qabaqcıl” olanlar isə xarici dillərdəki materiallardan istifadə edir, tərcümə edib işinə öz nəticəsi kimi daxil edirlər. Biz ildə 30 milyondan çox sənədi yoxlayan unikal sistem hazırlamışıq. Onların bəziləri yüzlərlə, bəzən isə minlərlə səhifədən ibarət mətnlərdir",- Çexoviç deyib.