Bu ölkədə qadın həbsxanasında 41 dustaq ÖLDÜRÜLDÜ
Çərşənbə axşamı Hondurasda qadın həbsxanasında baş verən iğtişaşlar nəticəsində 41 nəfər ölüb.
Asmedia.az xəbər verir ki, həbsxanada dəstələr arasında dava düşüb, bundan sonra bir dəstə kameranı yandırıb.
Rəsmilər ölümlərə əsasən yanğını səbəb olduöunu, lakin qurbanlardan bəzilərinin güllələndiyini bildirib.
Ölkənin təhlükəsizlik nazirinin müavini Khulissa Villanueva fövqəladə vəziyyət elan edib və zorakılığı yatırmağa söz verib.
O, həmçinin yanğınsöndürənlərin, polisin və hərbçilərin "dərhal müdaxiləsinə" icazə verib.
Ölənlərin hamısının Honduras paytaxtı Tequsiqalpadan təxminən 20 km aralıda yerləşən və 900-ə yaxın adamın saxlanıldığı həbsxananın məhbusları olub-olmadığı bəlli deyil.
Daha bir neçə məhbus xəstəxanaya aparılıb.
Məhkumların ailə üzvlərini təmsil edən Delma Ordonez yerli mediaya bildirib ki, zorakılıq nəticəsində həbsxananın bir hissəsi tamamilə dağıdılıb.
Sosial şəbəkələrdə yayılan videolarda qadın həbsxanasından nəhəng boz tüstü buludunun yüksəldiyi görünür.
Ötən il quldur dəstələrinə qarşı mübarizəyə başlayan prezident Xiomara Kastro sosial mediada qadınların dəhşətli qətlindən şoka düşdüyünü və bunun qarşısını almaq üçün vacib tədbirlər görəcəyini bildirib.
Ölkənin təhlükəsizlik nazirinin müavini Villanueva deyib ki, mütəşəkkil cinayətlə əlbir olan bütün məhbusların məsuliyyətə cəlb edilməsi üçün araşdırmalar başlanacaq.
Xatərladaq ki, Honduras hökumət idarələrinə sızan və qətllərin artmasına səbəb olan korrupsiya və dəstə zorakılığı ilə məşhurdur.
Qonşu El Salvador və Qvatemala ilə yanaşı, ölkə Cənubi Amerikadan ABŞ-a kokainin əsas tranzit yoludur.
Bu ölkə həm də tez-tez mütəşəkkil cinayətlə əlaqəli olan ölümcül həbsxana iğtişaşları ilə də məşhurdur.