Sahibkar vəfat edəndə müqavilənin icra edilməmiş hissəsi üzrə - Yenidən Satınalma Keçiriləcək
22-06-2023, 12:26
Satınalma müqaviləsi bağlanılmış fərdi sahibkar vəfat etsə, müqavilənin icra edilməmiş hissəsi üzrə yenidən satınalma keçirə biləcək.
Asmedia..az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, satınalma müqaviləsi bağlanılmış təchizatçı müflis elan olunduqda və ya fərdi sahibkar vəfat etdikdə satınalan təşkilat həmin satınalma müqaviləsinin icra edilməmiş hissəsi üzrə yenidən satınalma keçirə biləcək.
Qeyd edək ki, qüvvədə olan qanunda belə müddəa yoxdur.