Azərbaycanda generalın həbs müddəti yenidən uzadıldı - FOTO
23-06-2023, 12:57
Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddəti yenidən uzadılıb.
Asmedia.az xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub.
Qərara əsasən, T.Həsənovun həbs müddəti daha 2 ay artırılıb.
Qeyd edək ki, general-mayoru T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.
Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.