Sabah 36 dərəcə isti olacaq

13-07-2023, 13:41

Azərbaycanda iyulun 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən ASMedia.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütununda 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 16-21° isti olacaq.


İstifadəçi paneli