Deputatdan ETİRAZ: 32 ildir rektor işləyir

14-07-2023, 11:54

“Böyük Britaniyanın "World University Ranking" nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Türk dövlətləri arasında reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet (2022-ci ildə - 16 universitet) daxil olub. Amma biz hələ də plagiatlıqla məşğuluq”.

 

ASMedia xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında deputat Etibar Əliyev bildirib.

 

“Bizim ən azı bir neçə universitetimiz siyahıya düşməli idi. Amma heç birini görmədik. Neft və Sənaye Universiteti bu siyahıda olmalı idi. Amma orada baş verən özbaşınalıq, korrupsiya halları hələ də qaldığından təhsilə önəm verilmir. Bu kimi hallar insanı dəhşətə gətirir. Digər tərəfdən Tibb Universiteti, eyni zamnda Pedoqoji Universitet bu siyahıda olmalı idi. Başqa diqqət çəkəcəyimiz mövzu rektorlardır. Rektorlar içərisində 32, 24 il işləyənlər var. Bu kimi hallar olanda inkişafdan danışmaq olmaz. İnkişafın olması üçün dəyişikliklər olmalıdır. Hələ də “Təhsil haqqında” Qanun layihəsinin aqibətindən xəbər yoxdur. Bu kimi halları nəzərə almaq lazımdır”, - deyə şikayətlərini dilə gətirib.


İstifadəçi paneli