Ermənistan MN rəhbərliyinin korrupsiya əməlləri İFŞA OLUNDU

18-07-2023, 17:27

Ermənistanda Antikorrupsiya KomitəsiMüdafiə Nazirliyinin rəsmiləri tərəfindən xüsusilə külli miqdarda dələduzluq, mənimsəmə, rüşvət və saxtakarlıq hallarını üzə çıxarıb.

 

ASMedia xəbər verir ki, bu barədə "Sputnik Armenia" yazıb.

 

Bildirilib ki, "Ermənistanın Elektrik Şəbəkələri"nin işçiləri ilə birlikdə elektrik enerjisi ödənişlərini dələduzluq yolu ilə həyata keçirən 10-dan çox təqsirləndirilən şəxsin işində dəymiş ziyanın ümumi məbləği 33 milyon dram (82,5 min ABŞ dolları), eləcə də müəyyən adamı vəzifəyə qəbul etmək müqabilində 1000 ABŞ dolları olmaqla, rüşvət alınıb.

 

Hazırda araşdırmalar aparılır.


İstifadəçi paneli