Bakıda fitnes kompleksində dörd yaşlı uşaq faciəli şəkildə öldü

19-07-2023, 16:37

Bakıda idman kompleksində faciəli hadisə baş verib.

ASMedia-nın məlumatına görə, Yasamal rayon sakini, 2019-cu il təvəllüdlü Gülay Məmmədli dünən axşam saatlarında fitnes və SPA kompleksinin hovuzunda boğulub.

Azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli