Azərbaycan iyunda mobil internetin sürətinə görə 3 pillə geriləyib

20-07-2023, 17:30

Bu ilin iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 180 ölkə arasında 29,47MB/S sürətlə 116-cı yerdə qərarlaşıb.

ASMediaSpeedtest Global Index”ə istinadən xəbər verir ki, bu may və aprel ayı ilə müqayisədə dəyişiklik olmamasını göstərir.

Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (247,29 MB/S), sonuncu yeri isə Kuba (1,96 MB/S) tutub.

Məlumata görə, ölkəmiz iyunda mobil internetin sürətinə görə 140 ölkə arasında 40,39 MB/S sürətlə 59-cu yerdə qərarlaşıb. Bu isə aprelə nisbətən pillə geriləmə deməkdir.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (200,24 MB/S), sonuncu - 140-cı yeri isə Əfqanıstan (2,38 MB/S) tutub.

Bundan başqa, iyunda Bakı şəhəri mobil internetin sürətinə görə 6 pillə geriləyərək 42,42 MB/S sürətlə 169 şəhər arasında 78-ci yerə sahiblik edib.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 258,32 MB/S sürətlə Qətərin Ər-Rəyyan şəhəri, sonuncu yeri isə 1,31 MB/S sürətlə Sudanın Xartum şəhəri tutub.

Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 30,92 MB/S sürətlə 136-cı pillədə qərarlaşıb ki, bu da pillə irəliləməkdir.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 194 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhəri 273,05 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,89 MB/S sürətlə sonuncu olub.


İstifadəçi paneli