Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapılıb

24-07-2023, 10:10

ASMedia.az xəbər verir ki, 18 yaşlı Nemət Əhmədovun cəsədi Xəzər dənizinin Zarat kəndi sahilində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, iyulun 23-də FHN-in “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 kilometr aralı, nəzarətsiz ərazi) üç nəfərin batması barədə məlumat daxil olub.

***08:18

Siyəzəndə dənizdə 3 nəfər batıb.

Bu barədə ASMedia.az Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”, - məlumatda qeyd olunub.

"Report"un məlumatına görə, iyulun 23-ü axşam saatlarında dənizdə boğulanlar - Zarat kənd sakinləri 2007-ci il təvəllüdlü Manafov Mehdi Elgün oğlu, 2006-cı il təvəlludlü Bəşirov Rəvan Hacıəhməd oğlu və Bakı şəhər sakini 2006-cı il təvəllüdlü Əhmədov Nemət Əbdül oğlu olublar.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.



İstifadəçi paneli