Azərbaycanda 4.9 bal gücündə ZƏLZƏLƏ OLDU

26-07-2023, 12:00

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

ASMedia.az xəbər verir ki,Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.8, dərinliyi isə 5 km olub.

Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.

***11:17

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda  zəlzələ qeydə alınmışdır. 

Bu barədə ASMedia.az Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, 4.9 bal maqnitudalı yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb. 

***11:07

Xəzər dənizində zəlzələ baş verib.

ASMedia.az xəbər verir ki, yeraltı təkanlar 4.7 bal maqnitudalı olub.

Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss edilib.

Lənkəran sakinlərindən biri ASMedia.az-a bildirib ki, yeraltı təkanlardan dərhal sonra mobil cihazına bu barədə bildiriş də gəlib. 


İstifadəçi paneli