Xocalıda mina partladı, xəsarət alan var

24-08-2023, 16:36

Baş Prokurorluq Xocalıda mina partlaması barədə məlumat yayıb.

Qurumun mətbuat xidmətindən ASMEDIA.az bildirilib ki, avqustun 24-ü Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya düşməsi nəticəsində 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb. 


İstifadəçi paneli