Şuşada bir nəfərin minaya düşməsi faktı ilə bağlı araşdırmalara başlanıldı - YENİLƏNİB

22-09-2023, 18:06

Şuşanın Xəlfəli kəndi ərazisində mina partlaması nəticəsində bir nəfərin xəsarət alması faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən daxil olan məlumatda bildirilir ki, sentyabrın 22-də saat 12 radələrində Şuşada bərpa-quruculuq işləri həyata keçirən şirkətlərdən birinin əməkdaşı, 1965-ci il təvəllüdlü mülki şəxsin rayonunun Xəlfəli kəndi ərazisində buldozerlə iş görən zaman yolda basdırılmış minanın partlaması nəticəsində  xəsarət alması faktı üzrə Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.

Şuşa rayonunun Xəlfəli kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata əsasən, Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə yolun salınması fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü mülki şəxs idarə etdiyi traktorla minaya düşüb. Hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyati təhlükəsi yoxdur.

Mülki təyinatlı sahələrin minalanması bir daha Ermənistanın dinc əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlığa qarşı törədilən terrorun təzahürüdür.


İstifadəçi paneli