XİN-də işləmək istəyənlər imtahan verdilər

23-09-2023, 15:09

Dövlət İmtahan Mərkəzi bu gün Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “dinləyib-anlama” və “oxuyub-anlama” bacarığı üzrə, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi keçirib.

 

İDEAL MEDİA.az xəbər verir ki, imtahan Bakı şəhərində 2 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 3 imtahan rəhbəri, 14 nəzarətçi‑müəllim ayrılıb.

İmtahan nəticələrinin danışıq bloku üzrə imtahanın nəticələri bir yerdə yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

Xatırladaq ki, namizədlərin danışıq bloku üzrə imtahanı sentyabrın 24-də keçiriləcək.

 

İmtahan iştirakçıları aşağıdakı link vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi bina, zal, başlanma vaxtı və iştirakçının imtahan binasına gəlmə vaxtı qeyd olunub.


İstifadəçi paneli