Özlərini qazi kimi təqdim edənlərlə bağlı rəsmi AÇIQLAMA

23-09-2023, 15:37

Özlərini qazi kimi təqdim edən şəxslər polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstəriblər.

 

Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb.

 

DİN-in mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov İDEAL MEDİA.az-a bildirib ki, həmin şəxslərdən 2 nəfər polisin qanuni müdaxiləsindən yayınaraq intihara cəhd görüntüsü yaradıb.

Sentyabrın 22-də saat 21:30 radələrində özünü qazi kimi təqdim edən bir qrup şəxsin Bakı Dövlət Universitetinin tələbə yataqxanasına daxil olaraq bir neçə otağı zəbt etmələri ilə bağlı polisə məlumat daxil olub.

 

Həmin şəxslər sentyabrın 21-də və bu gün yataqxanada əlavə otaqlar zəbt etmək məqsədilə həmin ünvana gəliblər. Həmin şəxslərdən, borclu qismində axtarışda olan — 1993-cu il təvəllüdlü Mahmudov Rufan Aleksandr oğlu özünü “Varis" şəhid ailələri və qazılərə qayğı ictimai birliyinin üzvü və müharibə iştirakçısı kimi təqdim etməklə tabesizlik nümayiş etdirib, qanunsuz tələblər irəli sürüb.

 

Bu zaman R.Mahmudovla birlikdə əvvəllər də Yasamal rayonu A.Abbasov küçəsində yerləşən Həkimlərin təkmilləşdirmə İnstitutunun otaqlarını zəbt edən 3-cü dərəcəli əlillik statusu olan, 1993-cü il təvəllüdlü Süleymanov Ruslan Fazil oğlu və digərləri özlərini qazı kimi təqdim etməklə münaqişə yaradıblar, polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstəriblər. Onlar polis orqanına dəvət edilib. Onların sağlamlıq vəziyyəti nəzərə alınaraq barələrində müvafiq tədbirlər görülür.


İstifadəçi paneli