"AZƏRSU" adından quldurluq edənlərə kim "yaşıl" işıq yandırır?

27-09-2023, 21:50

İstər 44 günlük, istərsə də 44 saatlıq müharibə dönəmində dövlətimiz və ordumuz öz sözünü dedi, mahiyyətini ortaya qoydu. Həmin dönəmdə elə dövlət büdcəsindən maliyyələşən təşkilatlar da öz qürursuz sifətlərini göstərdi. Birmənalı olaraq Vətən xaini, rüşvət və korrupsiya girdabında iylənmiş nakəs olduqlarını ortaya qoydular.

ASMEDİA-ya müraciət edən Nərimanov rayon sakinləri Nərimanov Rayon Sukanal İdarəsinin rəisi, əslən Cəbrayıl rayonundan olan Ruslan Behbudov və onun soyğunçu komanda üzvlərindən narazı olduqlarını və bununla əlaqədar olaraq "AZƏRSU" ASC-nin rəhbərliyinə etdikləri müraciətin də sabotaj edildiyi ilə bağlı bildirirlər ki, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ünvanında yaşayan sakinlər ayrı-ayrı şəxslər tərəfindən özlərini həmin idarənin operatoru kimi təqdim edən Hüseynov Elçin Şükür oğlu və özünü həmin idarənin hüquqşünası kimi təqdim edən İsgəndərov Vidadi və digərləri onlardan qeyri-qanuni olraq pul tələb edir, su xətlərini kəsdirir, sanki özlərini dərəbəy kimi aparırlar. 

Faktı araşdırmaq məqsədi ilə idarənin qaynar xətti ilə əlaqə saxladıq. Rəhbərlik Ruslan Behbudovun ərazidə olduğunu və heç vaxt idarədə oturmadığını ifadə etdilər və həmin soyğunçu şəxslərin onların idarəsinə aiddiyyəti olmadığını bildirdilər. Lakin onların yalanlarından asılı olmayaraq əldə etdiyimiz məlumata görə həmin şəxslər qeyd olunan suakanal idarəsinin əməkşdalşarıdır.

Düşündürücüdür, ölkəmizin sıxıntı, düşmənlə üz-üzə qaldığı bir mərhələdə Nərimanov Sukanal İdarəsinin əməkdaşları öz vicdanları ilə niyə üz-üzə qala bilmirlər?!

"AZƏRSU ASC"-nin prezidenti Köçəri Həsənli nə zaman arandan dağa, dağdan arana uçma eyforiyasına son qoyacaq? Nə zaman vətəndaşların hüquqlarına hörmətlə yanaşacaq? 

Mövzu diqqətimizdədir.

Lalə Əlizadə


İstifadəçi paneli