Markov: Ərdoğanla Putin yeni koalisiya yaradır

11-10-2023, 11:01

Putin və Ərdoğan İsrail və Fələstin arasındakı müharibəni müzakirə ediblər və ümumi fikirdə razılığa gəliblər. Rusiya və Türkiyənin bir neçə əsas ortaq mövqeyi var.

İDEAL xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“1. Uzun onilliklər boyu davam edən müharibənin əsas səbəbi fələstinlilərə öz dövlətlərini yaratmağa icazə verilməməsidir.

2. İsrailin günahı çoxdur.

3. Əsas günah isə ABŞ və Qərbin üzərindədir.

4. HƏMAS-ın istifadə etdiyi kimi terror üsulları qəbuledilməzdir.

5. İsrailin istifadə etdiyi və çox sayda mülki insanın ölümünə səbəb olan hərbi hücum üsulları qəbuledilməzdir.

6. İndi İsrailə Qəzza zolağında tam təmizləmə aparmağa ehtiyac yoxdur, ancaq danışıqlar masasına oturmalıdır”, - o bildirib.

Markov qeyd edib ki, Putin və Ərdoğan arasında danışıqlar boş söhbət, əbədi problemə dair boş fikir mübadiləsi deyil, sülh danışıqları üçün geniş beynəlxalq koalisiyanın yaradılmasının başlanğıcıdır:

“Bu koalisiyaya Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ daxil olacaq. Bəlkə də Çinlə Hindistan da. Koalisiya ABŞ-AB birliyinə qarşı çıxacaq”.


İstifadəçi paneli