SEPAH Azərbaycanı hədələdi: Məhv edərik

13-10-2023, 11:15

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yenidən Azərbaycanı və başqa bir neçə qonşu ölkəni təhdid edib.

İDEAL  xəbər verir ki, bu barədə SEPAH-ın sosial media hesabında paylaşım edilib.

Paylaşılan videoda yeni balistik raketlər nümayiş etdirilib, Azərbaycan Respublikası, İraqın şimalı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əraziləri qırmızı rəngdə, hədəf kimi göstərilib:

“Hər şey hədəfimizdədir, ən kiçik bir səhvə yol verdiyiniz təqdirdə məhv ediləcəksiniz”, - paylaşımda yazılıb.


İstifadəçi paneli