Paşinyan Bakıya bunun üçün əsas verir - Surenyants

26-10-2023, 11:03

Paşinyan adi manipulyasiyalara əl atır, təhlükəli və ziddiyyətli mətnlə sənəd imzalayır, sonra isə belə bir öhdəliyi üzərinə götürmədiyini açıq şəkildə bəyan edərək, Bakıya İrəvanı qeyri-konstruktiv tərəf kimi təqdim etməyə əsas verir.

İDEAL xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants Feysbuk səhifəsində Paşinyanın “Voll Strit Jurnal”a üçtərəfli bəyanatın 9-cu bəndi ilə bağlı dünənki açıqlamalarını şərh edərkən yazıb.

“Üçtərəfli bəyanatın 9-cu bəndinə məhəl qoymamaq vəsvəsəsi ilə (Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir - red.) Paşinyan birtərəfli qaydada, belə demək mümkünsə, erməni diplomatiyasının yalnız uğursuzluqları qeydə aldığı Brüssel platformasına təslim oldu. Qarabağ Paşinyanın imzası ilə Azərbaycanın bir hissəsi kimi tanındı və bu, erməni dünyasının bu hissəsi üçün faciəli son oldu”, - o bildirib.


İstifadəçi paneli