Rusiya 100 ildən sonra Qarabağı “tanıdı” - Foto

26-10-2023, 12:44

Ötən gün Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq “Qarabağ” sözünün qarşısına heç bir söz birləşməsi qondarmadan bu ərazinin Azərbaycana məxsus olduğunu qeyd etdi. Bəli, birbaşa olaraq!

Rusiya MN-in Qarabağdakı bütün yer adları ilə bağlı səhvlərini düzəltdiyi həmin hissə belə başlayır.

“Azərbaycanın Qarabağ iqtisadi rayonunun Xankəndi şəhəri. Ağdərə, Xocalı, Şuşa...”

Axır ki!

Tam 100 ildən sonra biz Rusiyanın rəsmi xəbərlərində “Dağlıq Qarabağ” yox, Qarabağ iqtisadi rayonu, “Mardakert” yox, “Ağdərə” sözünü gördük.

Bu, 1923-cü ildə qondarılan “DQ”-nin tarixə gömüldüyünü Rusiya MN-nin də açıq etiraf etdiyi daha bir tarixi həqiqətdir!

Bu, Rusiya rəhbərliyinin, Rusiya ordusunun Qarabağın Azərbaycana məxsus olduğunu qəbullandığının sübutudur.

SSRİ dövründən qalma bu terminlər və toponimlər gorbagor oldu!

Artıq Qarabağ iqtisadi rayonu var, Xankəndi var, Şuşa var, Ağdərə şəhəri, Xocavənd var!

Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ daxil, Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra belə “Naqornıy Karabax” terminindən əl çəkməyən və tam il yarımdır “mübarizə aparan” Rusiya MN də reallığı qəbul etməyə məcbur oldu!

Ordumuz var olsun, şəhidlərimizin qəbri nurla dolsun!


İstifadəçi paneli